İran nüvə proqramına dair təkliflərini təqdim edib

İran nüvə proqramına dair təkliflərini təqdim edib
# 31 iyul 2022 18:59 (UTC +04:00)

İran nüvə proqramına dair Vyana danışıqlarının tezliklə nəticə verməsi üçün təkliflərini təqdim edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini, Tehranın nüvə müzakirələrində nümayəndə heyətinin rəhbəri Əli Baqiri deyib.

Əli Baqiri bildirib ki, İran ABŞ-a xoşməramlılığını və məsuliyyətli olduğunu nümayiş etdirmək üçün daha bir fürsət verib: “Bunun üçün Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə tərəfdaşlarımızla, xüsusən də koordinatorla sıx əməkdaşlıq edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR