İran ordusu “Böyük Peyğəmbər-17” adlı hərbi təlimlərə başlayıb

İran ordusu “Böyük Peyğəmbər-17” adlı hərbi təlimlərə başlayıb
# 20 dekabr 2021 13:14 (UTC +04:00)

İran ordusu “Böyük Peyğəmbər-17” adlı hərbi təlimə başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) hərbi birləşmələri bu gün İranın cənubunda Xuzestan, Buşəhr və Hürmuzqan əyalətlərində “Böyük Peyğəmbər-17” adlı hərbi təlimə başlayıblar.

İranın Sepah qüvvələrinin komandir müavini və təlimlərin sözçüsü general Abbas Nilfuruşan təlimlər barədə məlumat verib.

Onun sözlərinə görə, təlimlərə Sepahın dəniz və quru qoşun qüvvələri, raket və hava desantı cəlb edilib.

O qeyd edib ki, təlimin əsas məqsədi Sepah qüvvələrinin hərbi gücünün artırılmasıdır. Təlimlərdə ən qabaqcıl hücum taktikası və İran istehsalı olan yeni döyüş texnikaları sınaqdan keçiriləcək.

A.Nilfuruşan bəyan edib ki, İranın hərbi təlimi milli təhlükəsizliyin qorunması və qonşu ölkələr üçün sülh mesajı daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR