İran Rusiyadan Su-35 qırıcıları almaq üçün hazırlıq görür

İran Rusiyadan Su-35 qırıcıları almaq üçün hazırlıq görür
# 06 mart 2023 14:17 (UTC +04:00)

İranın Rusiyadan Su-35 qırıcılarını almaq məsələsi hazırlıq mərhələsindədir.

APA “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın müdafiə naziri Məhəmməd-Rza Karai Aştiyani deyib.

Daha əvvəl isə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının üzvü Şəhriyar Heydəri isə Tehranın martın 21-dən sonra Su-35 qırıcıları alacağı ilə bağlı anons vermişdi.

“Rusiyadan Su-35 qırıcılarının alınması məsələsinə gəldikdə, bu hələ hazırlıq mərhələsindədir, qırıcılar hələ alınmayıb”, - Aştiyani deyib.

Nazir onu da vurğulayıb ki, Rusiya istehsalı olan “S-400” zenit-raket komplesklərinin alınması məsələsinə gəldikdə isə Tehranın hazırda bu növ silahlara ehtiyacı yoxdur.

Onun sözlərinə görə, İranın özünün alternativ silahı var.

“Əgər yeni silahlar almağa ehtiyac yaranarsa, bunu edərik, amma hələ ki, başqa silahlara ehtiyacımız yoxdur”, - Aştiyanı əlavə edib.

Qeyd edək ki, fevral ayında İranda hərbi hava qüvvələri üçün yeni yeraltı baza istifadəyə verilib. Baza uzaqmənzilli qanadlı raketlər daşıyan təyyarələr üçün nəzərdə tutulub. Təyyarələr kifayət qədər dərinlikdə olan tunellərdə yerləşdirilib, baza isə dağlıq ərazidədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR