İran və Suriya XİN rəhbərləri Tehranda görüşüb

İran və Suriya XİN rəhbərləri Tehranda görüşüb
# 20 iyul 2022 13:35 (UTC +04:00)

Suriyanın xarici işlər naziri Feysəl Müqdad Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

APA-nın Tehran bürosu xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra keçirilən görüşdə iki ölkənin əlaqələrinin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Qeyd edək ki, Suriya XİN başçısı İrana ötən gecə Astana sammitində iştirak etmək üçün gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR