İranda 1000-ə yaxın qadın məhbus azadlığa buraxılıb

İranda 1000-ə yaxın qadın məhbus azadlığa buraxılıb
# 16 yanvar 2023 13:19 (UTC +04:00)

İranda 975 qadın məhbus azadlığa buraxılıb və ya digər qanuni güzəştlərdən bəhrələnib.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi deyib.

Onun sözlərinə görə, Məhəmməd peyğəmbərin qızı həzrət Fatimənin mövludu münasibətilə həbsdə olan 6 min qadına da məzuniyyət verilib.

O həmçinin qeyd edib ki, ölkənin 15 əyalətində 502 məhbus azadlığa buraxılıb. 4 mindən çox məhbusun işində isə müxtəlif güzəştlər tətbiq olunub.

İranın Məhkəmə Hakimiyyətinin rəhbəri onu da vurğulayıb ki, son 1 ayda 4 mindən çox məhbus azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR