İranda 40 yeni şəhər salınacaq

İranda 40 yeni şəhər salınacaq
# 22 aprel 2022 17:17 (UTC +04:00)

İranda məskunlaşma problemi və mənzillərin bahalaşmasının qarşısını almaq məqsədilə 40 yeni şəhər salınacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi deyib.

O bildirib ki, yeni şəhərlərdə 600 min ev tikiləcək.

Qeyd edək ki, bundan öncə İranın paytaxtı Tehranda 55 min nəfərin məskunlaşa biləcəyi 2 şəhərcik tikilib.

Xatırladaq ki, ötən beş ildə İran şəhərlərində mənzillərin qiyməti kəskin artıb. Bu səbəbdən problemin həlli üçün müxtəlif layihələr icra edilib. “Milli Məskunlaşma Hərəkatı” isə İranın yeni prezidenti İbrahim Rəisi tərəfindən mənzillərin qiymətinin daha ucuz olması üçün icra edilən layihədir.

Layihəyə əsasən hökumət böyük şəhərlərin ətrafında kiçik şəhərciklər yaradaraq müxtəlif təbəqədən olan insanların daha ucuz mənzil əldə etmələrini təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR