İranda COVID-19-a yoluxanların sayı 7 222 308 nəfərə çatıb

İranda COVID-19-a yoluxanların sayı 7 222 308 nəfərə çatıb
# 01 may 2022 13:25 (UTC +04:00)

İranda ötən sutka ərzində 13 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 141096 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 655 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7222308 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR