İranda daha 23 nəfər COVİD-dən ölüb

İranda daha 23 nəfər COVİD-dən ölüb
# 21 aprel 2022 15:30 (UTC +04:00)

İranda ötən sutka ərzində 23 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 140 919 nəfərə çatıb.

İranda son 24 saat ərzində 1173 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7213808 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR