İranda enişdən sonra təyyarənin təkəri partlayıb

İranda enişdən sonra təyyarənin təkəri partlayıb
# 06 avqust 2022 18:05 (UTC +04:00)

İranın Məşhəd hava limanında təyyarənin təkəri partlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Mülki Aviasiya Təşkilatı açıqlama verib.

Məlumata görə, bu gün səhər saat 05:55-də 126 sərnişin və 7 ekipaj üzvü ilə Abadandan Məşhədə uçan təyyarə Məşhəd hava limanına enərkən onun təkəri partlayıb.

Təyyarənin sərnişin və ekipaj üzvlərindən xəsarət alan olmayıb.

Qeyd edək ki, bir neçə gün öncə Tehran-Məşhəd reysi ilə uçan təyyarənin təkəri enişdən sonra partlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR