İranda etirazçılarla polis arasında atışma olub, yaralananlar var - FOTO

İranda etirazçılarla polis arasında atışma olub, yaralananlar var - FOTO
# 04 noyabr 2022 18:18 (UTC +04:00)

Etirazçılar İranın Sistan və Bəlucistan vilayətində Xaş şəhər qubernatorluğuna daş və silahla hücum ediblər.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün cümə namazından sonra Xaş şəhərində bir sıra etirazçılar şəhər qubernatorluğuna hücum edib.

Etirazçılar ilk öncə hökumət əleyhinə şüarlar səsləndirib və daha sonra binanı daşa basıb və binaya atəş açıblar.

Polis və etirazçılar arasında atışma baş verib, bir neçə nəfər yaralanıb.

Etirazçılar, həmçinin bir neçə avtomobili, bankları və ictimai obyektləri yandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR