İranda iki avropalı etiraz aksiyalarının təşkilində ittiham olunur

İranda iki avropalı etiraz aksiyalarının təşkilində ittiham olunur
# 11 may 2022 12:32 (UTC +04:00)

İranda 2 avropalı həbs edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, həbs olunan şəxslər ölkədə gərginlik yaratmaq məqsədilə müxtəlif peşə sahiblərinin etiraz aksiyalarını təşkilatlandırmaqda ittiham olunurlar.

Həbs olunan şəxslərin hansı Avropa ölkəsinin vətəndaşı olduqları və onların hansı şəraitdə həbs edildikləri açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR