İranda kişi idman edən qadınların üzərinə sulfat turşusu atıb

Tehran şəhəri

© APA | Tehran şəhəri

# 29 dekabr 2021 14:35 (UTC +04:00)

İranda kişi parkda idman edən 3 qadının üzərinə sulfat turşusu atıb.

APA-nın yerli bürosunun məlumatına görə, naməlum şəxs paytaxt Tehranın Şəhriyar bölgəsində yerləşən parkda səhər idmanı edən 3 qadının üzərinə sulfat turşusu atıb.

O, hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.

Şübhəli şəxsin axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR