İranda koronavirusdan ölənlərin sayı 142 minə çatır

İranda koronavirusdan ölənlərin sayı 142 minə çatır
# 15 may 2022 18:09 (UTC +04:00)

İranda ötən sutka ərzində 8 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 141 224 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 368 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7228051 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR