İrandan İraqa uçan təyyarə təcili eniş edib

İrandan İraqa uçan təyyarə təcili eniş edib
# 30 iyul 2022 09:33 (UTC +04:00)

İranın Məşhəd hava limanından İraqa uçan təyyarə təcili eniş edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb. Məlumata görə, bu gün saat 6:00-da Məşhəddən İraqın Nəcəf şəhərinə uçan, "ATA" şirkətinə məxsus təyyarənin havaya qalxdıqdan sonra təkəri partlayıb. Pilot təhlükəsizlik problemlərinə görə Məşhəd hava limanına geri dönüb.

Sərnişinlər təxliyə edilib. 168 sərnişin və uçuş heyətinin hamısı təyyarəni təhlükəsiz şəkildə tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR