İranın XİN başçısı çinli həmkarı ilə telefonla danışıb

İranın XİN başçısı çinli həmkarı ilə telefonla danışıb
# 20 yanvar 2023 00:42 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Çinin xarici işlər naziri Qin Gang arasında telefon danışığı olub.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında ikitərəfli münasibətlərin son vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

H.Əmir Abdullahian Çin baş nazirinin müavininin Tehrana uğurlu səfərinə toxunaraq, İran və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün iki ölkə arasında yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Ölkəsinin İranla münasibətlərin inkişafına verdiyi önəmi vurğulayan çinli nazir bu istiqamətdə bütün imkanlardan, o cümlədən xarici işlər nazirlərinin məsləhətləşmələri və yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsindən istifadə etdiyini qeyd edib və iranlı həmkarını Çinə səfərə dəvət edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR