İranlı deputat: “Azərbaycanla nəqliyyat əlaqələrinin səviyyəsinin artmasının şahidi oluruq”

Məhəmmədrza Mirtacəddini

© APA | Məhəmmədrza Mirtacəddini

# 03 sentyabr 2022 14:31 (UTC +04:00)

Biz İran və Azərbaycan arasında nəqliyyat əlaqələrinin səviyyəsinin yüksəldiyinin şahidi oluruq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin Təbriz, Azərşəhr və Eskodan olan nümayəndəsi Məhəmmədrza Mirtacəddini deyib.

O bildirib ki, İranın coğrafi mövqeyi ölkəmizi region üçün nəqliyyat dəhlizinə çevirə bilər ki, bu da valyuta qazancına səbəb olacaq.

O İran, Azərbaycan və şimal-cənub dəhlizi üzərində olan digər qonşu ölkələr arasında nəqliyyat əlaqələrinin inkişafının zərurətindən danışıb və bildirib ki, İslam Respublikası strateji coğrafi mövqedə yerləşir və bu, xarici valyutanı təmin etməkçün yaxşı imkan hesab olunur.

İranlı deputat qeyd edib ki, əslində bu gün İran və Azərbaycan arasında nəqliyyat əlaqələrinin səviyyəsinin artmasının şahidi oluruq bu Ermənistan və Gürcüstan kimi digər dövlətlər vasitəsilə də həyata keçirilə bilər.

O, İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın ikitərəfli və çoxtərəfli fəaliyyətlərinin inkişaf etdirməyinin zərurətini vurğulayıb.

M.Mirtacəddini qeyd edib ki, xoşbəxtlikdən, hazırda region ölkələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq platforması mövcuddur.

M.Mirtacəddini qeyd edib ki, İslam Respublikası nəqliyyat marşrutlarını inkişaf etdirməklə Şimal-Cənub dəhlizini aktivləşdirə bilər ki, bu da digər ölkələrdən yüklərin açıq sulara və əksinə yüksək tranzit axınına səbəb olacaq.

Onun sözlərinə görə, əslində, bu qabiliyyət ölkələrin inkişafı və iqtisadi rifahı üçün vasitələrdən biridir ki, onu nəzərdən qaçırmaq olmaz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR