İraqda avtobusda partlayış olub, 11 nəfər ölüb

İraqda avtobusda partlayış olub, 11 nəfər ölüb
# 11 sentyabr 2022 15:54 (UTC +04:00)

İraqın Babil vilayətində sərnişin avtobusunda partlayış olub.

APA-nın Tehran bürosunun məlumatına görə, partlayış Babil əyalətinin Şmouli şəhərində yanacaqdoldurma məntəqəsində baş verib.

Avtobusda 30 sərnişin olub.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd partlayış nəticəsində 11 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını bildirib. Pirhüseyn Kolivənd ölən və yaralananlar arasında iranlıların da olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR