İŞİD Kabildə Rusiya səfirliyinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Kabildə Rusiya səfirliyinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb
# 05 sentyabr 2022 23:52 (UTC +04:00)

Rusiyanın Kabildəki səfirliyində baş verən partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

APA xəbər verir ki, bu barədə Reuters yaraqlıların “Telegram” kanalındakı bəyanatına istinadən məlumat yayıb.

Bundan əlavə, İŞİD diplomatik nümayəndəliyin binasının qarşısında bombalı hücum həyata keçirdiyini iddia etdikləri şəxsin fotosunu yayıb.

Bundan əvvəl “Taliban”ın müvəqqəti hökumətinin xarici işlər naziri Əmir Xan Möttəki Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı hücumu araşdıracağına söz vermişdi.

Xatırladaq ki, bu gün Rusiyanın Kabildəki səfirliyində səhər saatlarında partlayış baş verib.

Hücum nəticəsində iki əməkdaş həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR