Kim Çen In: "Vaşinqton “NATO-nun Asiya versiyasını” yaradır"

Kim Çen In

© APA | Kim Çen In

# 01 yanvar 2023 09:07 (UTC +04:00)

ABŞ Yaponiya və Cənubi Koreya ilə müttəfiqlik münasibətlərini gücləndirmək bəhanəsi ilə faktiki olaraq “NATO-nun Asiya versiyasını” yaradır.

APA xəbər verir ki, bu barədə bazar günü KCNA xəbər agentliyinin məlumat yayıb.

Məumata görə, Şimali Koreya lideri Kim Çen In bunları dekabrın 31-də Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin (WPK) VI plenumunda bildirib.

“Yaponiya və Cənubi Koreya ilə üçtərəfli əməkdaşlığı təşviq etməklə, “müttəfiqliyi gücləndirmək” bəhanəsi ilə ABŞ “NATO-nun Asiya versiyası” kimi yeni hərbi blokun yaradılmasını istəyir”, - hesabatda deyilir.

Bununla yanaşı, ölkə lideri qeyd edib ki, “ABŞ və düşmən qüvvələr” KXDR-in hərbi potensialının güclənməsi səbəbindən “ciddi zərbə” alıb və hazırda “qorxu və təşvişdən titrəyir”.

Bu vəziyyətdə, Kim Çen In qeyd edib ki, ölkə hərbi potensialını gücləndirmək üçün iki dəfə çox səy göstərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR