KİV: Cənubi Koreya və ABŞ aviasiyası birgə hərbi təlimlər keçirib

B-52H

© APA | B-52H

# 06 mart 2023 13:38 (UTC +04:00)

Cənubi Koreyanın Hərbi Hava Qüvvələri (HHQ) ABŞ-a məxsus strateji bombardumançı təyyarənin iştirakı ilə təlimlər keçirib.

APA xəbər verir ki, bu barədə “Yonhap” mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, Seul Şimali Koreyanın təxribatlarından ehtiyat edir və ABŞ-a məxsus “B-52H” bombardumançı təyyarənin iştirakı güc nümayişi kimi şərh edilir.

O da əlavə olunub ki, təlimlərdə Cənubi Koreyaya məxsus F-15K qırıcıları və ABŞ-ın A-10 hücum təyyarələri daxil olmaqla, ümumilikdə 10 təyyarə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR