KİV: Hindistanda gəmi qəzasında ölənlərin sayı 22-yə çatıb

KİV: Hindistanda gəmi qəzasında ölənlərin sayı 22-yə çatıb
# 08 may 2023 12:23 (UTC +04:00)

Hindistanda turist gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 22-yə çatıb.

APA xəbər verir ki, bu barədə yerli “Times Now” telekanalı məlumat yayıb.

Xilasedicilər tərəfindən 8 nəfərin sudan sağ çıxarıldığı bildirilib.

Hindistanın cənubundakı Kerala əyalətinin sahillərində ikimərtəbəli turist qayığının çevrilərək batması nəticəsində həlak olan 22 nəfərin arasında 7 uşaq olub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Həmçinin əlavə olunub ki, gəmidə çoxsaylı qayda pozuntuları aşkar edilib, onun təhlükəsizlik sertifikatı olmayıb. Sərnişinlərin dəqiq sayı hələlik məlum deyil, çünki 40 nəfərin bileti olub, bir çox sərnişin isə biletsiz olub.

İtkin düşənlərin axtarışı üçün sualtı kameralardan istifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR