KİV: İranın nüvə proqramı üzrə danışıqlar yanvarın 3-də bərpa olunacaq

KİV: İranın nüvə proqramı üzrə danışıqlar yanvarın 3-də bərpa olunacaq
# 28 dekabr 2021 16:20 (UTC +04:00)

Vyanada İran və "4+1" ölkələri arasındakı müzakirələr 3 gün fasilədən sonra yenidən davam etdiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İRNA agentliyi məlumat yayıb.

"Vyanadakı müzakirələr cümə axşamına kimi davam edəcək. Yeni il tətillərinə görə, dekabrın 31-dən 2022-ci il yanvarın 3-dək müzakirələrə fasilə veriləcək. Yanvarın 3-dən danışıqlar yenidən bərpa olunacaq", - bildirilib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, qarşı tərəf ciddi iradəyə sahib olarsa, yaxın gələcəkdə Vyanadakı müzakirələrdə razılıq əldə oluna bilər.

O deyib ki, hazırda müzakirələr yaxşı yolda davam etdirilir.

"Biz müştərək və vahid bir mətn üzərində işləyirik", - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR