Misiridə 13 nazir dəyişikliyi olub

Misir prezidenti Əbdülfəttah əs-Sisi

© APA | Misir prezidenti Əbdülfəttah əs-Sisi

# 13 avqust 2022 21:43 (UTC +04:00)

Misirdə 13 nazir dəyişikliyi baş verib.

APA xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Misir parlamenti bu gün keçirilən plenar iclasda prezident Əbdülfəttah əs-Sisinin təqdim etdiyi 13 nazirlikdə edilən dəyişiklikləri təsdiqləyib.

Nazirlər Kabinetinin yenidən formalaşmasını nəzərdə tutan bu dəyişiklik ilk növbədə səhiyyə, aviasiya, immiqrasiya, yerli inkişaf və təhsil sahəsini əhatə edir.

Xatırladaq ki, Misir prezidenti Sisi, baş nazirlə görüşdən sonra razılaşdırılan kabinet dəyişikliyini müzakirə etmək üçün parlamenti toplanmağa çağırıb.

Sözügedən dəyişikliyin hökumətin maraq və imkanlarının qorunmasına töhfə verəcəyi ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR