Müdafiə naziri: İranın Rusiyadan S-400 almasına ehtiyac yoxdur

S-400

© APA | S-400

# 06 mart 2023 14:44 (UTC +04:00)

İranın Rusiyadan S-400 hava hücumundan müdafiə (HHM) sistemləri almasına ehtiyac yoxdur.

APA “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri general-mayor Məhəmmədrza Gərayi Aştiani bildirib.

Nazir qeyd edib ki, İran və Rusiya yüksək səviyyədə əlaqələr var, lakin ölkəsinin kifayət qədər müdafiə silahları ehtiyatı olması səbəbindən Rusiyadan S-400 HHM komplekslərini almağa ehtiyac yoxdur.

Xatırladaq ki, “Bloomberg” agentliyi ABŞ və İsraildəki mənbələrə istinadən İranın Rusiyadan S-400 sistemləri almağı planlaşdırması barədə məlumat yaymışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR