Şimali Koreyanın ballistik raketi 1 000 km yol qət edib - YENİLƏNİB

Şimali Koreyanın ballistik raketi 1 000 km yol qət edib  - YENİLƏNİB
# 18 noyabr 2022 08:14 (UTC +04:00)

Yaponiyanın özünümüdafiə qüvvələrinə KXDR-in raketini vurmaq göstərişi verilməyib.

APA-nın xəbərinə görə, bu barədə yaponiya Nazirlər Kabinetinin baş katibi Xirokadzu Masuno məlumat verib.

Masunonun dediyinə görə, ballstik raket 6000 km yüksəklikdə 1000 km yol qət edərək Hokkaydo prefekturası ərazisində dənizə düşüb. Raket heç bir dağıntı və tələfat törətməyib.

***

07.14

KXDR növbəti ballistik raket atışını həyata keçirib.

APA xəbər verir ki, bu barədə Yaponiyanın sahil mühafizə xidməti məlumat yayıb.

Raket buraxılışının təfərrüatları açıqlanmır. Gəmi heyətlərinin raket qalıqlarına yaxınlaşmaması tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR