Tayvanda zəlzələ nəticəsində bir nəfər ölüb, 142 nəfər yaralanıb - YENİLƏNİB

Tayvanda zəlzələ nəticəsində bir nəfər ölüb, 142 nəfər yaralanıb - YENİLƏNİB
# 19 sentyabr 2022 07:25 (UTC +04:00)

Tayvanda baş verən zəlzələ nəticəsində yaralıların sayı artıb.

APA-nın məlumatına görə, bu barədə “United Daily News” məlumat yayıb.

“Sentyabrın 18-i saat 23:00-a olan məlumata görə, zəlzələ nəticəsində 1 nəfər ölüb, 142 nəfər xəsarət alıb”, - deyə məlumatda deyilir.

Ən çox yaralananlar Hualien qraflığında olub.
***

18.09.2022

Saat 23:20

Tayvanın şərqində 6,8 bal gücündə zəlzələ baş verib.

APA adanın mərkəzi informasiya agentliyi mələmat yayıb.

Hadisə nəticəsində azı bir nəfər ölüb, 79 nəfər yaralanıb.

Yeraltı təkanlar körpülərə, yollara, binalara və infrastruktura ziyan vurub.

Hualien əyalətinin Yuyli qəsəbəsində sement zavodunun işçisi dağıntılar altında ölüb.

Həmin qəsəbədə ticarət mərkəzinin fəaliyyət göstərdiyi üçmərtəbəli ev uçub.

Dağıntılar altında dörd nəfər, o cümlədən bir qadın və beş yaşlı qız qalıb.

Xilasedicilərin onları çıxarması üç saatdan çox çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR