Tehran-Urmiya təyyarəsi geri qayıdıb

Tehran-Urmiya təyyarəsi geri qayıdıb
# 02 may 2022 21:57 (UTC +04:00)

Tehran-Urmiya reysi ilə uçan təyyarə qəza enişi edib.

APA-nın Tehran bürosunun məlumatına görə, Tehrandan Urmiyaya uçan təyyarə texniki nasazlığa görə Tehrana qayıdaraq qəza enişi edib.

Təyyarənin sərnişinləri arasında xəsarət alan olmayıb.

Hazırda təyyarədəki problem aradan qaldırılır. Sərnişinlər başqa təyyarə ilə Urmiyaya yola salınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR