Türkiyə hər an Suriyada hərbi əməliyyata başlamağa hazırdır

Türkiyə hər an Suriyada hərbi əməliyyata başlamağa hazırdır
# 27 iyun 2022 00:38 (UTC +04:00)

Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyata tam hazırdır və ona hər an başlaya bilər.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Habertürk” telekanalının efirində bildirib.

“Son 3-4 il ərzində Suriyanın şimalında 3 böyük əməliyyat keçirmişik və onları keçirmək üçün heç kimdən icazə almamışıq. Prezidentimiz bildirib ki, əməliyyat istənilən vaxt başlaya bilər. Orada qiymətləndirmə aparılıb və lazım olan hər şey edilib. Biz Suriyanın ərazi bütövlüyünə qarşı yönələcək heç bir addım atmayacağıq”, - Kalın qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR