Türkiyə Prezidenti: 70 ölkə və 14 beynəlxalq təşkilatdan dəstək təklifi almışıq

Türkiyə Prezidenti: 70 ölkə və 14 beynəlxalq təşkilatdan dəstək təklifi almışıq
# 07 fevral 2023 15:53 (UTC +04:00)

Zəlzələnin təsirlərinin daha dəqiq təsbiti üçün PUA-ları da bölgəyə göndərmişik.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, bu tarixi fəlakətin öhdəsindən gəlməyə çalışarkən yalan xəbərlər yaymağa cəhd edənlər də izlənilir: “İndi onlarla mübarizə günü deyil. Vaxtı gələndə lazım olan addımlar sürətlə atılacaq”.

Türkiyə Prezidenti indiyə qədər 70 ayrı ölkə və 14 beynəlxalq təşkilatdan dəstək təklifi aldıqlarını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR