Türkiyə Qırğızıstan-Tacikistan sərhədində baş verən son hadisələrdən narahatdır

Türkiyə Qırğızıstan-Tacikistan sərhədində baş verən son hadisələrdən narahatdır
# 16 sentyabr 2022 23:48 (UTC +04:00)

Türkiyə Qırğızıstan-Tacikistan sərhədində baş verən son hadisələrdən narahatdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Ümid edirik ki, iki dost və qardaş ölkə arasındakı bu gərginlik heç bir ağır nəticələrə yol vermədən tez bir zamanda sona çatacaq və problemlər dialoq və sülh yolu ilə həll olunacaq”, - deyə vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR