Türkiyə və BƏƏ arasında sərbəst ticarət sazişi ilin sonunadək imzalana bilər - YENİLƏNİB

Türkiyə və BƏƏ arasında sərbəst ticarət sazişi ilin sonunadək imzalana bilər - YENİLƏNİB
# 27 may 2022 18:36 (UTC +04:00)

Türkiyə və BƏƏ arasında sərbəst ticarət sazişi ilin sonunadək imzalana bilər.

Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında sərbəst ticarət sazişi ilin sonunadək imzalana bilər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda BƏƏ-li həmkarı Şeyx Abdullah bin Zayed Al Nahyan ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, BƏƏ Türkiyənin Körfəz bölgəsində ən önəmli tərəfdaşlarından biridir. Bundan əlavə, nazirin sözlərinə görə, Türkiyə BƏƏ ilə birlikdə İraq ərazisi vasitəsi ilə regionu Avropa ilə bağlayacaq bir sıra layihə həyata keçirəcək.

***

18:28

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan ilə İstanbulda görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə XİN məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR