Türkiyədə sexdə partlayış baş verib, ölən və yaralanan var - FOTO

Türkiyədə sexdə partlayış baş verib, ölən və yaralanan var  - FOTO
# 25 iyul 2022 03:44 (UTC +04:00)

Türkiyənin İzmir şəhərində təkrar emal sahəsindəki kimya sexində partlayışla bərabər yanğın baş verib.

APA NTV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Daxil olan məlumata görə, hadisə sexdə qaynaq işləri aparılan zaman baş verib.

Bölgəyə çoxlu sayda yanğınsöndürən maşın göndərilib.

Sexə bitişik iş yerinə və sexin qarşısındakı avtomobilə keçən alov yanğınsöndürənlərin səyi nəticəsində nəzarətə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR