Türkiyədə yol qəzasında əcnəbi vətəndaşlar həlak olub - FOTO

Türkiyədə yol qəzasında əcnəbi vətəndaşlar həlak olub - FOTO
# 14 avqust 2022 04:27 (UTC +04:00)

Türkiyədə minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Konya-Karaman magistral yolunun 20-ci kilometrliyində baş verib.

Qəza zamanı minik avtomobilində olan iki Əfqanıstan vətəndaşı və sürücü (Türkiyə vəndaşı) həlak olub.

Hadisə səbəbindən magistral yolda qısamüddətli tıxac qeydə alınıb.

Yük avtomobilinin sürücüsü polislər tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR