Yanvarın 8-dən Çinə giriş üçün PCR test tələbi ləğv edilir

Çin

© APA | Çin

# 28 dekabr 2022 14:17 (UTC +04:00)

Çin gələn ilin yanvarın 8-dən etibarən bütün xaricdən gələnlər üçün ölkə ərazisinə giriş zamanı COVİD-19-la bağlı PCR test tələbini ləğv edir.

APA xəbər verir ki, Çin Xalq Respublikası Baş Gömrük İdarəsi bu barədə məlumat yayıb.

Çin həmçinin yanvarın 8-dən etibarən soyudulmuş və dondurulmuş halda idxal olunan məhsulların da koronavirusa görə yoxlanmasını ləğv edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR