Yaponiya və ABŞ müdafiə sahəsində əməkdaşlığı artırır

Yaponiya və ABŞ müdafiə sahəsində əməkdaşlığı artırır
# 12 yanvar 2023 04:00 (UTC +04:00)

“Düşmənə əks-hücum üçün imkanları, kosmosda və kiberməkanda qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün razılıq əldə olundu”.
APA xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Yasukazu Hamada Vaşinqtonda ABŞ və Yaponiyanın müdafiə və diplomatik departamentlərinin rəhbərləri arasında “2+2” formatında danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Bildirilib ki, hər iki ölkənin hakimiyyət orqanları qarşıda duran vəzifələri bölüşdürəcək.
Onun sözlərinə görə, ABŞ-la elmi-texnologiyanın inkişafı üzrə əməkdaşlıq davam etdiriləcək.
Mətbuat konfransında Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bildirib ki, hərbi obyektlərin birgə istifadəsi genişləndiriləcək.
“Bir sıra ərazilərdə, o cümlədən Nansey adalarında birgə təlimlərin intensivliyini artırmaq qərarına gəldik”, - deyə nazir bildirib. Həmçinin Tayvan boğazında sülh və sabitliyin əhəmiyyəti bir daha təsdiqləndi”,- deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR