Yaponiyanın Oqasavara adalarında 6,3 bal gücündə zəlzələ baş verib

Yaponiyanın Oqasavara adalarında 6,3 bal gücündə zəlzələ baş verib
# 04 yanvar 2022 08:22 (UTC +04:00)

Yaponiyanın Sakit okeanda yerləşən Oqasavara adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Yaponiya Baş Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 06.09-da (Bakı vaxtı ilə 01.09) qeydə alınıb.

Zəlzələnin ocağı okeanın 70 kilometr dərinliyində olub. Sunami xəbərdarlığı edilməyib.

Zəlzələ zamanı tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, Oqasavara adaları Tokiodan təxminən 1,2 min kilometr cənubda yerləşir. Mütəxəssislər bölgədə təkanların həftə ərzində təkrarlanacağını istisna etmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR