ATƏT Parlament Assambleyasının (ATƏT PA) 20-ci qış sessiyası bu gün öz işinə başlayıb.
APA-nın xəbərinə görə, fevralın 26-dək davam edəcək qış sessiyası pandemiya səbəbi ilə virtual formatda keçirilir.
Sessiya çərçivəsində ATƏT PA-nın Daimi Komitəsinin iclası, həm də ümumi komitə iclasları keçiriləcək.
ATƏT PA-nın qış sessiyasında təxminən 270 millət vəkili, hökumətlərin və ATƏT-in yüksək səviyyəli nümayəndələri iştirakı edəcək.
ATƏT PA çoxtərəfliliyin necə gücləndiriləcəyi, davam edən münaqişələr, Ukrayna böhranı, COVID-19 pandemiyası fonunda iqtisadi və ekoloji təhlükəsizlik, pandemiyanın demokratiya və seçkilərə təsiri kimi məsələləri müzakirə edəcək.