Almaniyada əhalinin 50%-i COVID-19-un ikinci dalğasından qorxur

Almaniyada əhalinin 50%-i COVID-19-un ikinci dalğasından qorxur
# 24 iyun 2020 13:51 (UTC +04:00)

Almaniyada hər iki sakindən biri COVID-19 pandemiyasının ikinci dalğasından qorxur.

APA-nın xəbərinə görə, bu, INSA sosioloji xidmət agentliyinin apardığı ictimai rəy sorğusunun nəticələrində öz əksini tapıb.

İctimai rəy sorğusunda 2 058 nəfər iştirak edib.

Sosioloqların fikrincə, əhalinin 50%-i bu yay baş verə biləcək daha böyük yoluxma dalğasından qorxur.

Rəy sorğusuna əsasən, 34% ikinci dalğanın olacağına inanmır. Rəyi soruşulanların yerdə qalanları isə buna cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, son günlər virusa yoluxmanın artması fonunda Almaniyada pandemiyanın ikinci dalğası ilə bağlı müzakirələr başlayıb. Quterslo şəhərində ət emalı zavodunda 1553 nəfərin koronavirusa yoluxması ilə əlaqədar 360 min sakini olan şəhərdə karantin tətbiq olunub.

“Şarite” klinikasının nümayəndəsi, Almaniyanın tanınmış virusoloqu Kristian Drosten də yeni dalğa barədə xəbərdarlıq edib.

“Düşünmürəm ki, bir aydan sonra epidemik vəziyyət indiki kimi olacaq”, - deyə o vurğulayıb. Virusoloq ikinci dalğanın qarşısının alınması üçün zəruri addımların atılmasının tələb olunduğunu qeyd edib.

Xatırladaq ki, Almaniyada indiyədək 191 449 nəfər koronavirusa yoluxub, onlardan 8 914 nəfər vəfat edib, 176 300 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR