Almaniyada mağazaların açılmasına icazə verilib

Almaniyada mağazaların açılmasına icazə verilib
# 06 may 2020 17:02 (UTC +04:00)

Almaniya hökuməti mağazaların açılmasına icazə verib.

APA-nın DPA agentliyinə istinadən verdiyi xəbərə görə, hökumət və federal torpaqların nümayəndələrinin qatıldığı videokonfransda bu barədə razılığa gəlinib.

Razılaşmanın təfərrüatları gün ərzində Almaniya kansleri Angela Merkel tərəfindən açıqlanacaq.

Qeyd edək ki, son həftələrdə sahəsi 800 kvadrat metrə qədər olan mağazaların açılmasına icazə verilib.

Hökumət ictimai təmaslarda mövcud məhdudiyyətlərin də bir qədər yumşaldılmasına qərar verib. Ancaq bu məhdudiyyətlərin iyunun 5-ə qədər uzadılacağı bildirilib. Belə ki, iki ailənin bir yerə yığışmasına icazə veriləcək.

Məhdudiyyətlərin yumşaldılması ilə bağlı qərarlar federal əyalət orqanlarının səlahiyyətlərinə aid olduğu üçün buna görə fərqli bölgələrin fərqli qərarlar qəbul etməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR