Almaniyanın Müdafiə naziri: “ABŞ-ın ölkəmizdəki qoşunları Rusiyaya çox güclü siqnal verir”

Almaniyanın Müdafiə naziri: “ABŞ-ın ölkəmizdəki qoşunları Rusiyaya çox güclü siqnal verir”
# 24 iyun 2020 18:35 (UTC +04:00)

“NATO müttəfiqlərinin ümumi marağı var və ən əsası onlar eyni dəyərləri bölüşürlər”.

APA-nın xəbərinə görə, bunu Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer “Atlantic Council” beyin mərkəzinin təşkil etdiyi vebinarda çıxışı zamanı deyib.

“Nə NATO ticarət təşkilatıdır, nə də təhlükəsizlik əmtəədir. Bu, bizim birlikdə zamanın təhdidlərinə necə cavab verməyimizlə bağlıdır. ABŞ-ın Almaniya torpaqlarında olan qoşunları və sivil heyəti bizim ordumuzla və tərəfdaşlarımızla birgə Almaniyanın təhlükəsizliyi üçün buradadır. Ən əsası onlar kollektiv müdafiə üçün buradadır. Onlar Avropadan Rusiyaya çox güclü siqnal verir. Bu qoşunlar həmçinin ABŞ-ın təhlükəsizliyinə xidmət edir. Mən ümid edirəm ki, ABŞ on illiklər boyu NATO tərəfdaşlarının çox sadiq olduğunu görüb. Sizə xatırlatmaq istəyirəm ki, biz ilk dəfə qarşılıqlı müdafiə bəndini ABŞ-da 11 sentyabr terror aktından sonra aktivləşdirdik. Biz ABŞ-la birlikdə Əfqanıstana ordu göndərdik. Gəlin unutmayaq ki, biz orada əsgərlərimizi itirmişik. Əgər ABŞ qoşunlarını Almaniyadan geri çəkərsə, əmin olmalıdır ki, bu addım yanlış siqnal - ABŞ Avropanın təhlükəsizliyi ilə maraqlanmır - verməyəcək. Yox, əgər qoşunlar Avropa daxilində başqa bir ölkəyə yerləşdiriləcəksə, bu artıq ABŞ-ın strateji diqqətinin dəyişməsini göstərir”, - deyə Almaniyanın Müdafiə naziri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR