Baş Nazir İspaniyada epidemiyanın yayılma sürətinin azaldığını deyib

Baş Nazir İspaniyada epidemiyanın yayılma sürətinin azaldığını deyib
  • Clock-gray 11:59
  • calendar-gray 09 Aprel 2020
İspaniyada koronavirusa yoluxma halları azalmağa başlayır.
 
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın Baş Naziri Pedro Sançez deyib.
 
Baş Nazir bildirib ki, ölkədə koronavirusla bağlı son məlumatlar ümidvericidir və İspaniya epidemiya səviyyəsinin azalmasına yaxındır. 
 
"Deyə bilərəm ki, artıq yanğın nəzarət altına alınmağa başlanıb", - deyə o qeyd edib.
 
Bu gün İspaniya parlamentində fövqəladə vəziyyət rejiminin 26 aprel tarixinə qədər daha iki həftə uzadılması ilə bağlı səsvermə keçirilib.

Zümrüd Paşkin

Digər xəbərlər