Bolqarıstan vətəndaşı 300 illik skripkanı Ukraynadan çıxararkən saxlanılıb

Bolqarıstan vətəndaşı 300 illik skripkanı Ukraynadan çıxararkən saxlanılıb
# 23 dekabr 2020 15:39 (UTC +04:00)

Bolqarıstan vətəndaşı Ukraynadan 333 yaşı olan “Stradivarius” skripkasını və köhnə sikkələri çıxarmağa çalışarkən saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Ukraynadan "KİA" markalı avtomobillə çıxmağa çalışan Bolqarıstan vətəndaşı böyük ehtimalla yüksək mədəni və tarixi dəyəri olan əşyaları sərhəddən keçirməyə cəhd edib. Yoxlama qrupu 53 yaşlı əcnəbinin əşyaları arasında 1687-ci ildə istehsal olunan “Stradivarius” skripkasından əlavə, numizmatik xəzinə - biri 1780-ci ilə aid 6 sikkə aşkarlayıb. Aşkarlanmış əşyaların dəyəri ekspertiza ilə müəyyən ediləcək”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR