Britaniyada "BioNTech" və "Pfizer" şirkətlərinin COVID-19 peyvəndinin istifadəsinə başlanılıb

Britaniyada "BioNTech" və "Pfizer" şirkətlərinin COVID-19 peyvəndinin istifadəsinə başlanılıb
# 08 dekabr 2020 14:25 (UTC +04:00)

Britaniyada Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" şirkətlərinin birgə hazırladığı COVID-19 peyvəndinin istifadəsinə başlanılıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu gün Britaniya vətəndaşı - 90 yaşlı Marqaret Keenan peyvəndi qəbul edən ilk şəxs olub. O, peyvənd olunduqdan sonra özünü xoşbəxt hiss etdiyini deyib.

“İlk peyvənd olunan şəxs olduğum üçün özümü imtiyazlı hiss edirəm. Gələn həftə 91 yaşım tamam olur və bu mənim üçün ən gözəl ad günü hədiyyəsidir. Çünki mən bütün ili demək olar ki, ailəmdən uzaq, tək keçirdim. Nəhayət ki, peyvənd sayəsində ailəmlə birgə ola biləcəyəm. Əgər 90 yaşımda bu peyvəndi qəbul edə bilirəmsə, deməli hər kəs bunu edə bilər”, - deyə o qeyd edib.

Xatırladaq ki, Britaniya Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" şirkətlərinin birgə hazırladığı COVID-19 peyvəndini geniş istifadə üçün təsdiqləyən ilk ölkə olub. Britaniya artıq 40 milyon doza sifariş verib ki, bu da 20 milyon insanı peyvənd etmək üçün kifayətdir.

İlkin mərhələdə əhalinin həssas qrupları, xüsusilə yaşlılar peyvənd olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR