Britaniyada daha 1162 nəfər koronavirusun qurbanına çevrilib

Britaniyada daha 1162 nəfər koronavirusun qurbanına çevrilib
# 07 yanvar 2021 21:05 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 52 618 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 2 889 419 nəfərə çatıb.

Son sutka ərzində 1162 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 78 508 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR