Britaniyada daha 16,8 min insan COVID-19-a yoluxub, 1449 nəfər isə bu virusdan ölüb

Britaniyada daha 16,8 min insan COVID-19-a yoluxub, 1449 nəfər isə bu virusdan ölüb
# 02 fevral 2021 21:03 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 1449 nəfər koronavirusdan həyatını itirib. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 108 013 nəfərə çatıb.

APA-nın Britaniya bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Məlumata görə, son sutka ərzində 16 840 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 852 623 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR