Britaniyada daha 5587 nəfərdə koronavirus aşkarlanıb

Britaniyada daha 5587 nəfərdə koronavirus aşkarlanıb
# 20 mart 2021 21:42 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 5587 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 291 271 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 96 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 122 nəfərə çatıb.

Qeyd edək ki, Britaniyada son sutkada 711 156 nəfər koronavirus əleyhinə peyvənd olunub ki, bu, indiyəcən qeydə alınan ən yüksək göstəricidir. Ümumilikdə 26 853 407 nəfər koronavirusa qarşı peyvəndin ilkin dozasını, 2 132 551 nəfər isə ikinci dozasını qəbul edib.

Xatırladaq ki, dünən baş nazir Boris Conson "AstraZeneca" peyvəndinin ilkin dozasını qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR