Britaniyada martın sonlarından bəri COVID-19-a ən az yoluxma sayı qeydə alınıb

Britaniyada martın sonlarından bəri COVID-19-a ən az yoluxma sayı qeydə alınıb
  • Clock-gray 23:15
  • calendar-gray 01 İyun 2020

Böyük Britaniyada koronavirus infeksiyasından ölənlərin sayı son sutkada 111 nəfər artaraq, ümumilikdə 39 045-ə çatıb. Təsdiqlənmiş yeni yoluxma hallarının sayı isə 1570 nəfər olub, bununlada yoluxanların ümumi sayı 276 332 nəfər təşkil edib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Mett Henkok brifinq zamanı deyib.

Bildirilir ki, hər iki göstərici martın sonlarından bəri ən yüksək göstəricidir. Ötən gün Britaniyada 119 nəfər koronavirusdan ölmüş, 1936 nəfər isə virusa yoluxmuşdu.

apa-logo-mini

Digər xəbərlər