Britaniyada son sutkada yeni növ koronavirusdan (COVID-19) 282 nəfər ölüb.
Britaniyada son sutkada koronavirusdan 282 nəfər ölüb

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Britaniyada indiyədək koronavirusa yoluxaraq vəfat edənlərin sayı 36675 nəfərə çatıb.
Son sutkada ölkədə 2959 yoluxma faktı qeydə alınıb və bununla da Britaniyada indiyədək COVID-19 virusuna yoluxanalrın sayı 257154 nəfərə çatıb.