Dünyada koronavirusa yoluxanların sayı 77, 7 milyonu ötüb - YENİLƏNİB

Dünyada koronavirusa yoluxanların sayı 77, 7 milyonu ötüb - YENİLƏNİB
# 22 dekabr 2020 10:21 (UTC +04:00)

Dünyada koronavirusa yoluxanların sayı 77, 7 milyonu ötüb.

APA-nın “Worldometers”ə istinadən xəbərinə görə, dünya üzrə virusa yoluxanların sayı 77718158 nəfərə çatıb. 1709011 nəfər isə virusdan dünyasını dəyişib. Virusa yoluxma sayına görə ilk üçlükdə ABŞ, Hindistan və Braziliya gəlir.

***

03:10

Dünyada son sutkada 575 551 nəfər koronavirusa yoluxub, 9 267 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 75 704 857 yoluxma hadisəsi, 1 690 061 ölüm faktı qeydə alınıb.

Yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (303 116) payına düşür. Digər yerləri isə Avropa (193 889), Cənub-Şərqi Asiya (35 877) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR