Dünyada son sutkada 456 mindən çox yoluxma hadisəsi qeydə alınıb

Dünyada son sutkada 456 mindən çox yoluxma hadisəsi qeydə alınıb
  • Clock-gray 08:34
  • calendar-gray 18 Noyabr 2020

Dünyada son sutkada 456 751 yoluxma hadisəsi qeydə alınıb, ümumilikdə isə bu rəqəm ümumi sayı 54.77 milyonu keçib.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında öz əksini tapıb.

Bildirilib ki, Son 24 saat ərzində yeni növ virusdan ölüm sayı 6 871 nəfər artaraq, 1 312 249 nəfərə yüksəlib. 

Gutkalıq yoluxma sayının, təqribən 43 faizi Avropanın payına düşür – 195 450. Sonrakı yerlərdə Şimali və Cənubi Amerika (181.196 hadisə) və Cənub-Şərqi Asiya (37.703 hadisə) qərarlaşıb.

Ölkələr üzrə isə ABŞ-da 10933918, Hindistanda 8874290, Braziliyada 5863093, Rusiyada 1971013, Fransada 1954562, İspaniyada 1458591, Beitaniyada 1390685, Argentinada 1310491, İtaliyada 1205881, Kolumbiyada 1198746, Meksikada 1006522 və Peruda 937011 koronavirus hadisəsi qeydə alınıb.

apa-logo-mini

Digər xəbərlər